Brandlab
nədir?
BrandLab hər kəsə özünü dəb dizayneri kimi hiss etməyə imkan verən bir platformadır.
Texnologiya ilə məhsulları xüsusiləşdirməyə və alış-verişi asanlaşdıraraq ölkəmizə ən böyük müsbət təsir yaradan komanda olmağı hədəfləyirik.
BrandLab satıcı və müştərini virtual mühitdə bir araya gətirərək alış-veriş əməliyyatlarının həyata keçirilməsini təmin edən platformadır.
Brandlab-da öz tərzinə və zövqünə uyğun platformada olan məhsulları dizayn edərək sifariş verə bilərsiniz. Həmçinin öz mağazanızı açmaqla brandlab sisteminə qoşula, dizayn etdiyiniz məhsulları sata bilərsiniz.
Brandlab-da geyimlər, geyim akesuarları, bir çox parça və çap məhsulları yer almaqdadır.
Brandlabda
Missiyamız
Biz davamlı olaraq öyrənir, təkmilləşdirir və hər kəs üçün yeni imkanlar yaradırıq. Zamanın ən dəyərli şey olduğuna inanırıq, bu səbəbdən Tələb Üzərinə Çap e-ticarətini mümkün olduqca asan hala gətirmək üçün mümkün olan hər şeyi etməyə çalışırıq. Bununla yanaşı satıcıların daha az səylə daha böyük kütləyə həmçinin dünya bazarına çıxmasını hədəfləyirik.
Brandlabda
Məqsədimiz
Biz köhnəlmiş metodları və köhnəlmiş prosedurları qəbul etməkdən imtina edirik. Müştərilərimizin gündəlik həyatlarında etibarlı, yenilikçi və səmimi bir yoldaş olaraq, yaradıcı fikirlərə işıq tuturuq. Alışı və satışı bir araya gətirərək işinizi rahatlaşdırmaq üçün var gücümüzlə çalışırıq.
#tərziniyarat
Platformamızda olan geyimləri və aksesuarları öz tərzinizə uyğun dizayn edərək sifariş verə bilərsiniz. Günlük geyimlərinizi xüsusiləşdirməyə, sevdiklərinizə özəl hədiyyələr verməyə imkan yaradan brandlab, dizayn etdiyiniz məhsulları vizual olaraq görmə imkanı da verir.
“Tərzini yarat” necə işləyir?
Platformaya daxil olaraq istədiyiniz məhsulu seçib xüsusiləşdirməyə başlayın. Xüsusiləşdirmə panelində platformaya daxil olan bir çox dizaynı seçərək, dizaynınızı elementlər sayəsində zənginləşdirərək və ya hazırda olan dizaynı (şəkil, yazı və s .) yükləyərək məhsulun üzərinə yerləşdirib sifarişinizi tamamlayın.